Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL-də ən yaxşı seçildi

ÇL-də ən yaxşı seçildi

Tarix: 26 Fevral 2021 18:30

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 1/8 final mərhələsinin ilk oyunlarının ikinci həftəsində ən yaxşı adına Robert Levandovski layiq görülüb.

Polşalı hücumçu Almaniya "Bavariya"sının "Latsio" ilə İtaliyadakı görüşündə fərqlənib. O, 4:1 hesablı qələbədə 1 qolla pay sahibi olub.

Qeyd edək ki, mükafata digər namizədlər Olivye Jiru ("Çelsi"), Ferlan Mendi ("Real") və Joau Kanselu ("Mançester Siti") olub.

Milli.Az


Etiketlər:  ÇL ən yaxşı seçildi


RƏYLƏR