Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundan yaxşı variant da ola bilməz” - Aronyan ABŞ yığmasına keçidi

Bundan yaxşı variant da ola bilməz” -  Aronyan ABŞ yığmasına keçidi

Tarix: 27 Fevral 2021 11:50

"Levon hələ 2013-cü ildə ilk Sinkfild kubokunda oynayıb. Bu illər ərzində onu cılğın idmançı və əsl centlmen kimi tanımışam".

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu amerikalı biznesmen Reks Sinkfild deyib.

O bildirib ki, ABŞ Ermənistanı tərk edən qrossmeyster Levon Aronyanı qucağına alacaq: "Aronyan bizim idmanda bütün ən yaxşı şeyləri təcəssüm edir. O, Sent-Luisə köçmək və ABŞ yığmasında iştirak üçün bizə müraciət edəndə başa düşdüm ki, bundan yaxşı variant da ola bilməz. Onu salamlayırıq və qucağımızı açaraq qarşılayırıq".

Qeyd edək ki, Aronyan Ermənistanı tərk etmək barədə qərar verib.

Milli.Az


Etiketlər:  Bundan yaxşı variant da ola bilməz Aronyan ABŞ yığmasına keçidi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ