Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 13:58
Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı hələ də qərar verməyib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Sarkisyanın köməkçisi Asmik Petrosyan deyib.
"Hələ qərar qəbul edilməyib" - Petrosyan bildirib.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bunun ardınca Paşinyan Qasparyanı istefaya göndərib. Lakin müvafiq təqdimatı hələ prezident imzalamayıb.