Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Realme Narzo 30 Pro 5G” smartfonu təqdim edilib

“Realme Narzo 30 Pro 5G” smartfonu təqdim edilib

Tarix: 27 Fevral 2021 21:52

"Realme" şirkəti orta səviyyəli "Narzo 30 Pro 5G" smartfonunu nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğu 120 giqahers olmaqla yüksək yeniləmə tezliyinə malik 6,5 düym diaqonallı ekranla təchiz edilib. 2400 × 1080 pikselli "Full HD " formatlı matrisa tətbiq edilib. Ekran ön səthin 90,5 faizini əhatə edir. Panelin sağ yuxarı küncündə kiçik kəsikdə 16 meqapikselli ön kamera yerləşir.

Əsas kamera üç obyektivdən ibarətdir. Bu, maksimal f/1,8 diafraqmalı 48 meqapikselli blok, ultraenlibucaqlı optikalı (119 dərəcə; f/2,3) 8 meqapikselli modul, eləcə də 2 meqapikselli makromoduldur.

2,4 takt tezlikli səkkiznüvəli, "ARM Mali-G57 MC3" qrafik bloklu və "5G" modemli "MediaTek Dimensity 800U" prosessorundan istifadə edilib. Qurğu enerjini 30 vatlıq "Dart Charge" sürətli enerjidoldurma dəstəyinə malik 5 min milliamper/saat tutumlu güclü akkumulyatordan alır.

Smartfon yan daktiloskopik skaner, "Wi-Fi 802.11ac" (2,4/5 giqahers) və "Bluetooth 5" adapterləri, "Dolby Atmos" audiosistemi, qulaqcıq üçün 3,5 millimetrlik çıxış və "USB Type-C" portu ilə təchiz edilib. Qabaritlər 162,2 × 75,1 × 9,1 mm, çəki 194 qram təşkil edir.

Smartfona "Realme UI" proqram təminatlı "Android 10" əməliyyat sistemi quraşdırılıb. "Realme Narzo 30 Pro 5G" modeli 6 və 8 giqabaytlıq operativ yaddaş, 64 və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyalarda buraxılıb. Qiymət müvafiq olaraq 235 və 275 dollara bərabərdir.

Milli.Az


Etiketlər:  Realme Narzo 30 Pro 5G smartfonu təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ