Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mixək haqqında bilmədikləriniz

Mixək haqqında bilmədikləriniz

Tarix: 27 Fevral 2021 22:12

Mixək eyniadlı ağacın qönçələrinin qurudulmuşundan əldə edilən ədviyyatdır. Mixək ağacı 10-15 metr hündürlüyünə qədər qalxa bilir. Ədviyyat kimi istifadə elədiyimiz mixək həmişəyaşıl ağacın fantastik qoxuya sahib olan qönçələrinin qurudulmuşudur. Mixək ağacının qönçələri toplanıb qurudulur və ədviyyat kimi istifadə edilir. O şirniyyatlara, mürəbbələrə, çaylara ətir və dad bəxş edir.
Mixəkdən müxtəlif məqsədlərlə də istifadə olunur. Bir-neçə mixəyi qarışqa yığılan şəkər tozu bankasına qoyduqda qarışqalar oraya yaxınlaşmır. Mixək orqanizmə istilik verir. Onun qurdqovucu xüsusiyyəti var. Hər gün içilən çaya mixək əlavə eləmək daxili orqanların qüvvətlənməsinə, həzmin yaxşılaşmasına səbəb olur. Mixək əhval-ruhiyyəni yaxşılaşdırır, ağız qoxusunu aradan qaldırır. Mixək çayı soyuqlama xəstəlikləri zamanı əmələ gələn bəlğəmin xaric olmasını sürtələndirir. Onu südə qatıb içmək cinsi həvəsi artırır.  Orta əsrlərdə mixəklə diş və baş ağrılarını müalicə ediblər. Ondan qədimdə görmə zəifliyi, qulaq karlığı, artıq maye yığıldığında, vərəm, vəba, göbələk xəstəlikləri zamanı da istifadə edilib. Mixək güclü antiseptik təsirə malikdir. Qədim Çin təbabətində mixək yağı ilə dəri xəstəliklərini müalicə ediblər. Müasir tibbdə mixək yağı ən yaxşı müalicəvi yağlardan hesab edilir. Onu bronxial astma, ürəkdöyünmə, xroniki yorğunluq, əhval-ruhiyyənin pisləşməsi, qorxular, ruh düşkünlüyü zamanı istifadə etməkdə fayda var. Bir-neçə damcı mixək yağını ilıq suya damızdırıb içmək əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur. Mixəkdən dünyanın bir çox mətbəxlərində istifadə edilir. Onun tünd və özünəməxsus qoxusu yeməklərin və şirniyyatların dadlandırılmasında istifadə olunur. Mixəkdən bir çox müxtəlif dadlı içkilərin hazırlanmasında geniş istifadə edilir. Mixək orqanizmə antiseptik, ağrıkəsici, tonuslandırıcı, sakitləşdirici, virus əleyhinə, spazmolitik , göbələk əleyhinə təsir göstərir. Mixək çeynəmək diş ağrılarının qısa bir zamanda dayanmasına, ağızdan gələn pis qoxunun yox olmasına səbəb olur. Baş ağrıları zamanı mixək dəmləməsi içmək ağrı hissinin aradan qalxmasına səbəb olur.
Astmatik pristupların qarşısını almaq üçün mixək dəmləməsindən istifadə edilir. Mixək öskürmənin aradan qalxmasına və bəlğəmin xaric olmasına səbəb olur. Mixək çayı quru öskürəyi kəsir. Mixək aybaşı problemlərinin noamllaşmasına səbəb olur. Mixək istifadə eləmək bağırsaq qurdlarının tökülməsinə səbəb olur. Qulaq ağrısı zamanı mixək dəmlənmiş suyu qulağa tökdükdə ağrı kəsir. Bu zaman 5 ədəd mixəyin üzərinə küngüt yağı əlavə edib qaynatmaq və gündə 3 dəfə qulağa damızdırmaq lazımdır.
Artritlər zamanı gün ərzində bir-neçə dəfə mixək yağı ilə xəstə orqanı massaj eləmək lazımdır.
Artıq piylərdən xilas olmaq üçün mütəmadi olaraq mixək çayı içmək lazımdır.
Şəkərli diabet xəstələrinə daima mixək çayı içmək tövsiyə edilir.
Mixəyin zərərləri
Mixəyin zərərləri barədə tibbi ədəbiyyatda yazılara az rast gəlinir. Ondan həddindən çox istifadə edənlər allergiya əlamətlərinin olub-olmamasını diqqət altından saxlamalarında fayda var.


Etiketlər:  Mixək haqqında bilmədikləriniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ