Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 00:48
"Savaş şəraitində böyük tikinti nə deməkdir? Füzuli şəhəri son vaxtlara qədər erməni işğalında, Azərbaycanın nəzarət etmədiyi ərazidə idi. Bu ilin yanvarında Füzulidə hava limanının inşasına başlanıb. Cəmi iki ay əvvəl".
Sonxeber.net bildirir ki, Ukraynanın "İnter" telekanalının hərbi müxbiri Roman Boçkala Facebook-dakı profilində belə yazıb. O, bir qrup əcnəbi jurnalistlə birlikdə Bakıdan işğaldan azad edilmiş ərazilərimizə yollanıb, Ağdam və Füzuli rayonlarında olub.
R.Boçkala Füzuli rayonunda görülən işlərdən yazıb: "Amma baxın, görün nə qədər işlər görülüb. Uçuş-enmə zolağı üçün qrunt çıxarılıb. Yüzlərlə vahid texnika. Paralel olaraq kommunikasiyalar çəkilir. Avtomobil trası tikilir. Üç həftə ərzində yüksək gərginlikli elektrik xətləri çəkdilər. Yaxınlarda elektrik yarımstansiyası da hazır olacaq. Sərnişin terminalı layihələndirilir. Ətrafda sapyorlar ANAMA-nın sapyorları işləyirlər.
Füzuli hava limanı bu ilin sentyabrında istifadəyə veriləcək. Cəmi 9 aya. Şübhə etmirəm ki, belə də olacaq. Bütün Qarabağda da belə olacaq. Aparılan işləri gözlərimlə gördüm. Ağdam şəhərini də bir neçə ilə yenidən inşa etməyi planlaşdırırlar.
Paralellər aparmaq istəmirəmö Hər şey minusa gedir. Amma demək istəyirəm ki, Azərbaycanda bu işlərə dövlət yanaşması hiss olunur. Bütün proseslər vahid mexanizm kimi hərəkət edir, halbuki yüzlərlə xidmət, qurum və özəl şirkətlər fəaliyyətə cəlb olunub. Onların arasında heç bir fikir ayrılığı yoxdur. Mübarizə vəsaitin mənimsənilməsi yox, işlərin tempi uğrunda gedir. Hünərin var işləri keyfiyyətlə, vaxtında görüb bitirmə. Karyeranın sonu, bəlkə də həbs ola bilər. Və bütün bunlar görüntü deyil. Bakıya yollanmaq bəsdir ki, hər şey aydın olsun. Ölkə göz qabağında dəyişir.
Qarabağın reinteqrasiyası parlaq misaldır. Məqsəd Azərbaycanda yaşamağın işğalda həyat sürməkdən daha yaxşı olduğunu göstərməkdir. Dəfələrlə yaxşı olduğunu. Ən müxtəlif sosial proqramlar, kiçik biznesin dəstəklənməsinə yönəlmiş məqsədli layihələr, cəbhəyanı bölgədəki müəssisələr üçün ucuz kreditlər və vergi güzəştlərindən heç danışmıram. Bunu ancaq İsraildə görmüşdüm. İndi Azərbaycanda gördüm. Ukrayna üçun daha yaxın nümunədir".