Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 fərqli ölkəyə casusluq edən tarixin ən maraqlı agenti - FOTO

4 fərqli ölkəyə casusluq edən tarixin ən maraqlı agenti - FOTO

Tarix: 28 Fevral 2021 15:46

Heinz Almaniyada bir detektiv oğlu kimi anadan olub. Martın 18-i 1918-ci ildə anadan olan Felfenin atası həm də cinayət araşdırma müdiri olub. Felfe orta məktəbdə nümunəvi şagird olub. O, uşaqlıqdan bəri dəqiq elmlərə maraq salıb. Hitler hakimiyyətə gəlməzdən əvvəl gənclər təşkilatının üzvü olub.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, gənclik təşkilatından sonra alman ordu sıralarına yazılan Felfe, 1943-cü ildə alman zabiti olmağı bacarıb. Müharibə dövründə Şərqi Almaniyada xarici kəşfiyyatda xidmət edən Felfe müharibənin sonlarına doğru Hollandiyada kəşfiyyat üçün vəzifələndirilib, lakin burada əsir düşüb.

1945-ci ildə ingilis ordusu tərəfindən əsir götürülən Felfe buradakı ingilislərə nasist agenti olduğunu söyləyib. Felfe 1947-1950-ci illərdə ingilislərə agentlik etməyə başlayıb.

Bir müddət sonra ingilislər Felfedən şübhələnib və onunla işləməyi dayandırıblar. İngilislər bu məsələdə haqlı idilər, çünki Felfe SSRİ üçün də işləyirdi.

Tarixi bir sənədə görə, müharibədən sonra SSRİ alman zabitlərini agent olaraq işə götürüb.

Bütün bu macəralardan sonra 1951-ci ildə Paul təxəllüsünü alan Felfe, Qərbi Almaniyada da agent kimi çalışıb və "Gehlen" təşkilatına qatılıb. Bu təşkilatın Qərbi Almaniya üçün işlədiyi görünsə də, əslində ABŞ və CIA tərəfindən idarə olunurdu.
Felfe sürətlə bu təşkilatda vəzifəyə yüksəlib və sovet agentlərinə qarşı mühüm bir işi öz üzərinə götürüb.

Heinz Felfe bir çox ölkəyə casusluq etdikdən sonra mühakimə olunmayıb, hətta bu mövzuda bir kitab nəşr etdirib.

Helfe 2008-ci il may ayının 8-də vəfat edib.


Etiketlər:  fərqli ölkəyə casusluq edən tarixin maraqlı agenti FOTO


RƏYLƏR