Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina millisinin sabiq futbolçusu maşınla adam öldürdü

Argentina millisinin sabiq futbolçusu maşınla adam öldürdü

Tarix: 28 Fevral 2021 17:20

Futbol üzrə Argentina milli komandasının sabiq qapıçısı Pablo Kavalyero həbs oluna bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ölkəsində "Veles Sarsfild" klubunda idman direktoru olan Pablo avtomobili ilə adam vurub.

Hadisə nəticəsində 56 yaşlı Xuan Libero hadisə yerindəcə ölüb. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Pablo Kavalyero 1996-2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarında çıxış edib. Kavalyero millinin heyətində 2004-cü ildə keçirilən Amerika kubokunun gümüş medalçısı olub.

Keçmiş qapıçı 2018-ci ilin yanvarından "Veles Sarsfild"də idman direktoru olaraq çalışır.

Milli.Az


Etiketlər:  Argentina millisinin sabiq futbolçusu maşınla adam öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ