Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbçilərin maaş problemləri həllini tapdı - 50 və 100 faiz əlavələr təyin edildi

Hərbçilərin maaş problemləri həllini tapdı - 50 və 100 faiz əlavələr təyin edildi

Tarix: 2 Mart 2021 17:38

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, Müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.


Etiketlər:  Hərbçilərin maaş problemləri həllini tapdı faiz əlavələr təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ