Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya''nın prezidenti dəyişir

''Bavariya''nın prezidenti dəyişir

Tarix: 24 Iyul 2019 14:52

"Bavariya" klubunda prezident dəyişikliyi olacaq.

Qol.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisinin hazırkı prezidenti Uli Heness vəzifəsindən ayrılır. Onun bu ilin oktyabr ayındakı seçkidə namizəd olmayacağı bildirilib.

Artıq Henessi əvəzləyəcək şəxs də məlumdur. "Bavariya"nın növbəti prezidenti "Adidas" şirkətinin İdarə Heyətinin sədri, həmçinin hazırda klubun Nəzarət Şurasında yer alan Herbert Hayner olacaq.

Qeyd edək ki, U. Heness ilk dəfə 2009-cu ildə "Bavariya"nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılmışdı. 2 il sonra isə yenidən prezident olmuşdu. Heness ümumilikdə isə 40 ildir Münhen klubunda çalışır.

 


Etiketlər:  Bavariyanın prezidenti dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ