Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 12:48
İmişli rayon sakini 21 yaşlı Məhiyəddin Zeynalov Tovuz döyüşlərində yaralanıb. Onun hərbi xidmətə çağırılması 2020-ci il iyul hadisələrinə təsadüf etdi. Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş Mərzi və Tovuz rayonu boyunca başlayan döyüşlərdə agır yaralanır.Sonxeber.net Real TV-ə istinadən bildirir ki, gözündən, qolundan və ayağından yaralanan qazimiz 25 gün komada ölüm dirim mübarizəsi ilə üz-üzə qalır. Onun sağalması üçün həkimlərin cəmi 1 faiz ümidi qalmışdı.
Bu, 21 yaşlı qəhrəmanımızın düşmənə əsir düşməmək üçün son çıxış yolu idi. Məhiyəddin Zeynalovun ailəsi onun yaşamasını Allahın möcüzəsi hesab edirlər.
Qəhrəmanımızın nənəsi deyir ki, o ərəfədə nəvəsindən xəbər olmasa da, içində rahatlıq vardı.
Məhiyəddinin cəsarətinə inanırdı. Çünki o, döyüş tapşırıqlarını gənclərin kumirinə çevrilən milli qəhrəman Polad Həşimovdan almışdı. Polad Həşomov kimi generallar isə yalnız qəhrəmanlar yetişdirir. Əslində, hər şey də elə burdan - Tovuz döyüşlərindən və Tovuz qəhrəmanlarından başlamışdır. 27 sentyabr Vətən müharibəsində yumruq kimi birləşən igidlırimiz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdı. Məhiyəddin Zeynalov kimi döyüş yolu keçib, yaralanan qazilrimiz isə örnək götürdükləri komandirlərini bu gün şərəflə xatırlayır.
Vətənin bir parçası olan qazi Məhiyəddin Zeynalovla indi təkcə doğulub-boya başa çatdığı İmişli rayonu deyil, bütün Azərbaycan fəxr edir.