Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 14:45
Xalq artisti Aygün Səmədzadənin bəstəsi olan "Bakinskiy roman" ətrafında yaranan qalmaqal sona çatıb. Belə ki, Qismətin ifa etdiyi musiqi bir müddət əvvəl erməni müğənni Monika Nazaryan tərəfindən mənimsənilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən ifaçı bəstəni ifa edərək klip çəkdirib.
Nəğmənin dünyavi instansiyalarda rəqəmsal qeydiyyatından sonra Nazaryan hər yerdə "Ban" olunub, dijitallardan və yutubdan tamamilə silinib.
Məlumatı müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yayıb.