Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“HammAli & Navai” qrupu dağıldı

“HammAli & Navai” qrupu dağıldı

Tarix: 4 Mart 2021 18:25

Əslən Azərbaycandan olan Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdığı məşhur rep qrupu "HammAli & Navai" dağılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qrup üzləri Rusiya KİV-nə açıqlamasında bildirib. Qeyd olunub ki, onlar bu qərarı yekdilliklə veriblər.

Musiqiçilərin sözlərinə görə, onlar layihə çərçivəsində istədikləri hər şeyə nail olublar və indi isə solo şəkildə davam etmək qərarına gəliblər.

"Bəli, doğrudur. Biz ayrılırıq. İndi hər kəsin öz yolu var. Biz düşmən deyilik, dost qalırıq və bir-birimizə dəstək olacağıq ", - qrup üzvləri qeyd ediblər.

Sənətçilər sonuncu albomlarını buraxacaq və daha sonra konsert verəcəklər.

Xatırladaq ki, Əliyev və Bəkirovun dueti beş ildir mövcuddur. Cütlük 2018-ci ildə nəzərə çarpacaq qədər populyarlıq əldə edib və bütün dijital platformalarda lider olub.

Milli.Az


Etiketlər:  HammAli Navai qrupu dağıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ