Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni nazirin 1 milyardlıq maxinasiyası - SKANDAL

Erməni nazirin 1 milyardlıq maxinasiyası - SKANDAL

Tarix: 6 Mart 2021 17:10

Ermənistanda monopoliya və büdcədən pul mənimsəməyin yeni variantı ifşa olunub.

Sonxeber.net azvision.az-a istinadən xəbər verir ki, erməni jurnalistlərin apardığı araşdırma zamanı Nikol Paşinyanın keçmiş nazirlərindən birinin öz həyat yoldaşı ilə xüsusi iş birliyi qurduğu müəyyən edilib.

"Arsen Torosyan səhiyyə naziri olduğu dövrdə həyat yoldaşı Vardanuş Tjanyan tərəfindən idarə olunan "MIBS" MMC ilə 2 milyon dollar - 1 milyard dram dəyərində müqavilə imzalayıb. Büdcənin talan edilməsi bu cür baş verir...", - deyə erməni mətbuatı yazıb.

Erməni nazin həyat yoldaşının hesabına köçürdüyü 2 milyon dollar dövlət vəsaitini mənimsədiyi deyilir.

Xatırladaq ki, bu ilin yanvar ayında istefa verən səhiyyə naziri Arsen Torosyan hazırda hökumət aparatının rəhbəri vəzifəsində çalışır.


Etiketlər:  Erməni nazirin milyardlıq maxinasiyası SKANDAL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ