Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 17:44
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç San Remodakı musiqi festivalına komandanın azarkeşlərindən birinin motosiklində gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu özü danışıb. O deyib:
"Üç saat tıxacda qaldıqdan sonra sürücüdən avtomobilin qapısını açıb məni çölə buraxmasını istədim. Həmim azarkeş isə motosiklini saxladı. Mən ondan soruşdum: "Məni San Remoya apara bilərsən?" Bilirəm, inanılmaz görünür. Video çəkdim, çünki əks halda heç kim mənə inanmazdı. Risk etdimmi? Bəlkə də. Amma risk etməkdən qorxmuram. Bundan əlavə, festivala çıxmaq üçün başqa bir şey yox idi".
Qeyd edək ki, martın 2-də başlayan festival bu gün yekunlaşacaq. İbrahimoviç isə martın 4-də "Bolonya"nın baş məşqçisi Sinişa Mixaloviçlə "Normadi" qrupunun hazırladığı "Lo Vagabondo" kompozisiyasını duet oxuyub.