Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 17:50
"Neftçi" dünyaca məşhur futbolçu, Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəlib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacaq. Sözləşmənin müddəti isə cari mövsümün sonunadək olacaq. Futbolçu yaxın vaxtlarda Bakıya gələcək.
Həmçinin bildirilir ki, oyunçunun gələcək taleyi onun klubdakı çıxışından asılı olacaq.
Qeyd edək ki, Hondanın son klubu "Botafogo" (Braziliya) idi. O, komandadan ötən ilin sonunda ayrılıb.