Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2021 21:48
Bu gün İspaniya La Liqasında Madrid derbisi keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Atletiko" evdə "Real"ı qəbul edib. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Matçda hesabı 15-ci dəqiqədə Luis Suares ("Atletiko") açıb. "Real"ın hücumçusu Kərim Benzema isə 88-ci dəqiqədə bərabərlik qolunu vurub. Beləliklə, "Atletiko" oyunun sonlarında qələbəni əldən verib.
Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 59 xalla liderdir. "Real" isə 54 xalla 3-cüdür.