Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 14:55
Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, bu haqda musiqiçi axşam.az-a açıqlamasında deyib. O bildirib ki, anası şəkərli diabetdən əziyyət çəkirmiş:
"Nə anama, nə atama kömək edə bildim. Atam öləndə xaricdə idim. Bu həyatda onlar üçün yaşayırdım. Bu dərdi çəkə bilmərəm. Mənim üçün artıq hər şey bitdi".
Qeyd edək ki, Səlimin atası 3 gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi.