Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prokurorluğa operativ necə müraciət etmək olar? - VİDEO

Prokurorluğa operativ necə müraciət etmək olar? - VİDEO

Tarix: 9 Mart 2021 14:36

Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilməklə modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılmaqdadır.

Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir.

Hazırkı təqdim olunan videoda isə vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilib.

Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

Milli.Az


Etiketlər:  Prokurorluğa operativ necə müraciət etmək olar VİDEO


RƏYLƏR