Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaralı əsgərini xilas edən zaman snayperlə vurulan Yadigar - Vətən müharibəsinin daha bir cəngavəri - VİDEO - FOTO

Yaralı əsgərini xilas edən zaman snayperlə vurulan Yadigar - Vətən müharibəsinin daha bir cəngavəri - VİDEO - FOTO

Tarix: 9 Mart 2021 19:00

Son döyüşü Şuşada oldu. Yaralı əsgərini döyüş meydanından çıxaranda düşmən snayperinə hədəf oldu Yadigar. 

Evin tək övladı idi 1994-cü il təvəllüdlü Əliyev Yadigar Səfxan oğlu. Goranboy rayonu Qaradağlı kəndində doğulub, boya başa çatmışdı. Atasını qəzada itirmişdi Yadigar, heç üzünü də görməmişdi.

Anasının yenidən ailə qurması səbəbindən nənəsinin himayəsində böyümüşdü. Dayısı Ramil Əliyev Sonxeber.net-a danışır ki, Yadigar böyüyənə qədər elə düşünüb ki, onların qardaşıdır. Ata-ana qayğısından məhrum olsa da sanki o sevgisini vətənə verib, bununla ovunub. Sonda da Vətəni uğrunda canını fəda edib.

Yadigar Əliyev 6-ci sinifdən güləşin Yunan- Roma növü ilə məşğul olub, dəfələrlə rayon birinciliyinin qalibi olub. 2010-2011-ci illərdə yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 2 -ci, 3-cu yerləri tutur və yığma komandada məşq edir.

Hərbi xidmətə 2012-ci ildə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə başlayır. Orada da idmana ara vermir. Kiçik cavuş Yadigar Əliyev Mülki Müdafiə Qoşunları arasında keçirilən sərbəst güləş üzrə 1-ci və 2-ci yerlərə layiq görülür. Fəxri fərman və medallarla təltif olunur. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Sərbəst güləş üzrə birinciliyində yüksək səviyyədə hakimlik etdiyinə görə diplomla təltif olunur. 2014-cu ilin yanvar ayında hərbi xidmətdən təxris olunur. 

Lakin 2020-ci ildə yenidən hərb həyatına dönür. Həmin ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə kurs keçir. 01.04.2020-ci ildə təlimlərdə yüksək səviyyədə iştirak etdiyinə görə komandir tərəfindən çavuş rütbəsi alır və medalla təltif olunur. Yadigar Əliyev Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlılarının Baş kəşfiyyatçısı təyin edilir.

Vətən müharibəsi başlayanda könüllü olaraq Naxçıvandan gəlib döyüşlərə qatılır. Qubadlı rayonunuda döyüşlərdə iştirak edir. Daha sonra Şuşa şəhərinin Sığınaq kəndinə vuruşur. Əlbəyaxa döyüşlərdə də iştirak edir və xeyli sayda erməni düşmənlərinin canlı qüvvəsini məhv edir.

Yadigar oktyabrın 28-də yaralı əsgərini xilas edərkən düşmənin atdığı snayper gülləsi nəticəsində şəhid olur və doğulduğu Qaradağlı kəndində dəfn edilir. 

Ali Baş Komandan İham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda medallarla təltif olunur.


Etiketlər:  Yaralı əsgərini xilas edən zaman snayperlə vurulan Yadigar Vətən müharibəsinin daha cəngavəri VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ