Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 23:24
Strategy Analytics şirkəti ötən ilin dördüncü rübündə satılan "ağıllı" səsgücləndirici və ekran bazarı haqqında hesabat hazırlayıb. Analitiklərə görə, Amazon, Apple, Google, Alibaba və Baidu-dan yeni modellərin buraxılması satışlara olduqca müsbət təsir edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hesabata görə, bu cihazların 150 milyondan çoxu satılıb.
Sözügedən cihazların 58,2 milyonu sadəcə ötən ilin dördüncü rübündə satılıb. Yeri gəlmişkən, ekranla təchiz olunmuş "ağıllı" səsgücləndirici kimi də görünə bilən "ağıllı" ekranların payı il ərzində 22%-dən 26%-ə qədər artıb.
Rübün bazar lideri Amazon-dur. Bir il ərzində bu şirkətin payı dəyişməyib - 28,3%-dir. İkinci yeri payı il ərzində 24,9%-dən 22,6%-ə düşən Google tutur. Baidu üçüncü yerdədir. Çin şirkətinin payı il ərzində 10,6%-dən 11,3%-ə yüksəlib. Sonra başqa bir Çin nəhəngi gəlir - Alibaba. İl ərzində onun payı 9,8%-dən 10,8%-ə yüksəlib. İlk beşlik bir il ərzində bazar payını 4.7%-dən 7.8%-ə qədər artırmağı bacaran Apple tərəfindən bağlanır.