Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smart saat bazarının həcmi 1.5% böyüyüb

Smart saat bazarının həcmi 1.5% böyüyüb

Tarix: 9 Mart 2021 23:56

"Counterpoint Research" analitikləri 2020-ci ilin son rübündə "ağıllı" saat bazarına dair araşdırma aparıb. Hesabat bütövlükdə ilin məlumatlarını özündə cəmləşdirir. Ötən ilin dördüncü rübündə "ağıllı" saat bazarı illik nisbətdə bir qədər azalıb. Analitiklər bunu satışa mənfi təsir göstərən yeni pandemiya dalğası ilə əlaqələndirirlər. Ümumiyyətlə, il ərzində bazarın həcmi yalnız 1,5% böyüyüb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bütün istehsalçılar mənfi amillərin təsirini eyni dərəcədə yaşayıblar.

Sözügedən bazar lideri Apple 2019-cu ildə tədarükü 28.4 milyon ədədən 2020-ci ildə 33.9 milyon ədədə çatdırıb, yəni 19% artırıb. Ötən ilin dördüncü rübünün sonunda Apple bazarın 40%-nə sahib olub. Məlumat üçün bildirək ki, bir il əvvəl Apple-ın payı 34% idi.

Samsung 10%-lə ikinci yerdədir. 2019-cu ilin dördüncü rübündə Cənubi Koreya nəhənginin payı 9% idi. 2020-ci il ərzində Samsung satışa 9.1 milyon cihaz göndərib. Bu, 2019-cu ilə nisbətən təxminən 1% azdır. İlin sonunda isə Samsung üçüncü yerdə qərarlaşıb.

Rüblük reytinqdə üçüncü yer Huawei-yə məxsusdur. Huawei-in payı 8%, 2019-cu ilin dördüncü rübündə isə 9% idi. 2020-ci ildə şirkət satışa 11,1 milyon cihaz göndərib. Bu da 8.7 milyon cihazın göndərildiyi 2019-cu illə müqayisədə 26% çoxdur. Nəticədə, ilin sonunda Huawei ikinci yerdədir.

İlk dördlüyə - həm rüb, həm də il üçün - BBK və Fitbit də daxildir. Birincisi satışa ildə 6,6 milyon "ağıllı" saat göndərib ki, bu da illik göstəricidən 9% azdır. Fitbit isə 5.9 milyon göndərib, bu da 4% azdır. Rüb ərzində Fitbit bazarın 7%-ni, BBK-6%-ni tuta bilib.


Etiketlər:  Smart saat bazarının həcmi böyüyüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ