Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 11:44
Ucar rayonunda ali təhsil müəssisəsinin və ya kollecin filialı açıla bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, təhsil müəssisəsinin yaradılması və genişləndirilməsi məsələsinə tələbata uyğun olaraq müvafiq kadr potensialı, maddi-texniki, elmi-metodiki bazaları olduqda baxılır. Həmin Qaydalara əsasən, təhsil müəssisələrinin yaradılması və genişləndirilməsi zərurəti yarandıqda, müvafiq dövlət orqanları real vəziyyəti araşdırır, məsələnin "Təhsil haqqında" qanuna, təhsil haqqında qəbul olunan standartlara, ölkədə aparılan təhsil islahat proqramına, respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə uyğunluğunu, eləcə də maliyyə imkanlarını nəzərə almaqla bu barədə vəsatət qaldırırlar.
Hesabatda bildirilir ki, Ucar rayonunda ali təhsil müəssisəsinin və ya kollecin filialının açılması məqsədilə aidiyyatı qurumlara müraciət edilib.