Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 12:14
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb.
Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.
Məktəb direktoru Söhbət Salmanov APA-ya açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib.