Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq'' - Macarıstan XİN

''Azərbaycanın hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq'' - Macarıstan XİN

Tarix: 10 Mart 2021 13:12

Azərbaycanın hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton Prezident İlham Əliyevin videoformatda qəbulunda olarkən deyib.

Nazir bildirib:

"Cənab Prezident, bildiyiniz kimi, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır. Son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq. Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik".


Etiketlər:  Azərbaycanın hüququ pozulmuşdu bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq Macarıstan XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ