Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuve”nin və Ronaldunun qara mövsümü

“Yuve”nin və Ronaldunun qara mövsümü

Tarix: 10 Mart 2021 15:14

"Yuventus" Çempionlar Liqasının 1/8 finalında növbətim dəfə mübarizəni dayandırmaqla klub tarixində antirekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Portu"nu üstələyə bilməyib (ilk oyun 1:2, cavab görüşü 3:2). Portuqaliyalılar səfərdə vurduqları 2 qol sayəsində 1/4 finala yüksəliblər. "OptaPaolo" statistika səhifəsinin yazdığına görə, "Yuventus" tarixində ilk dəfədir ki, Çempionlar Liqasında dalbadal iki mövsüm 1/8 finalda mübarizəni dayandırır. Ötən il komanda bu mərhələdə "Lion"a (Fransa) uduzmuşdu.

Pirlo istefa verəcəkmi?

Dünənki matçdan sonra keçirilən mətbuat konfransında "Yuventus"un baş məşqçisi Andrea Pirlo deyib:  "Bu oyundur və belə şeylər olur. Mənim üçün ÇL-də ilk uğursuzluq olduğundan ikiqat məyusam. Amma bir halda ki, belə duruma düşmüşük, biz məşqlərdə bu mövsüm indiyədək çalışmadığımız aspektlər üzrərində işləməliyik. Çalışacağıq ki, hazırlığımızı yaxşılaşdıraq".

Mümkün istefası ilə bağlı suala cavabında italiyalı mütəxəssis bildirib: "Mənə bir neçə illik layihə verildiyi üçün buradayam. Ona görə də vəzifəmi itirəcəyimə dair bir narahatlığım yoxdur. Hələlik mart ayıdır və qarşıda çox matçımız var".

"Yuventus" ÇL-i qazana bilməyəcəkdisə, Ronaldunu niyə alırdı?

Qeyd edək ki, bu uğursuzluqdan sonra "Yuventus"un hücumçusu Kriştianu Ronaldu da diqqət mərkəzinə düşüb. Əvvəla o, "Portu"nun cərimə zərbəsi vurduğu zaman canlı cəddə səhvə yol verib və nəticədə rəqib qol vurub.

İtaliya mediası diqqəti ona yönəldib ki, "Yuventus" 2018-ci ildə Ronaldunu ÇL-i qazanmaq məqsədilə "Real"dan 112 milyon avroya transfer edib. Amma təəccüblüdür ki, onun gəlişindən sonra komanda 2018/2019 mövsümündə 1/4 finalda "Ayaks"a, ötən mövsüm 1/8 finalda "Lion"a, bu dəfə isə yenə də 1/8 finalda "Portu"ya sensasiyalı şəkildə uduzub. Ronaldu özü isə 2006-cı ildən üzə bəri ilk dəfədir ÇL-də dalbadla iki mövsüm 1/4 finala çıxa bilmir. Ona görə də yerli futbol mütəxəssisləri belə sual verir ki, əgər superulduz Ronaldu "Yuventus"a vacib mühüm turnirdə kömək edə bilməyəcəkdisə, ona böyük məbləğdə pul niyə xərclənirdi?

Təəccüblüdür ki, 36 yaşlı hücumçu "Portu" ilə 4 matçın heç birində rəqib qapısına yol tapmayıb. Son 16 ildə portuqaliyalı ilk dəfədir "pley-off"da qol vura bilməyib.

Milli.Az


Etiketlər:  Yuvenin Ronaldunun qara mövsümü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ