Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanğınsöndürən nümayəndəsi gecikdi, “Qəbələ” cərimələndi

Yanğınsöndürən nümayəndəsi gecikdi, “Qəbələ” cərimələndi

Tarix: 10 Mart 2021 19:20

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sonxeber.net-ın məlumatına görə, komitənin qərarları Peşəkar Futbol Liqasının saytında yayımlanıb. İclasda Premyer Liqanın 19-cu turunun bəzi oyunlarında qayda pozuntularına dair qərarlar verilib.

"Keşlə"nin köməkçi məşqçisi Azər Bağırov "Neftçi" ilə matçın 61-ci dəqiqəsində oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

"Qəbələ"nin futbolçusu Rüfət Əhmədov "Səbail"lə oyunda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 67-ci dəqiqəsində "Səbail"in futbolçusu Ruslan Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub "Qəbələ" 400 manat cərimə olunub.


Etiketlər:  Yanğınsöndürən nümayəndəsi gecikdi Qəbələ cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ