Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 23:30
Qadın və kişi ürəyi arasında fərqlər vardır.
Sonxeber.net xəbər verir ki, türkiyəli mütəxəssis Aslıhan Eran Ergöknil bu fərqlərdən danışıb. Onun sözlərinə görə, kişi və qadın ürəyi fərqli "döyünür": "Qadınlar ürək-damar sağlamlığı baxımından biraz şanssız görünsələr də, düzgün yaşam tərzi ilə bunu həll edə bilərlər. Məsələn, siqaretdən uzaq durub, sadəcə idmanla məşğul olmaq bu kimi xəstəliklərdən qoruyar. Ürəyin quruluşu hər kəsdə eyni olsa da, işləməsi və risk faktorlarına görə fərqlidir. Kişilərin ürəyi qadınlara görə daha böyükdür. Bu ürək çəkisi, kiloya görə hesablanır. Kişilərdə ürək bədən ağırlığına uyğun olaraq, 5.7 qr olarkən, qadınlarda isə 4,8 qr-dır. Bir qadının ürəyi oksigen ehtiyacını qarşılamaq üçün kişi qəlbindən daha sürətlə döyünür. Qadın ürəyi dəqiqədə təxminən 70 dəfə döyünərkən, kişilərdə bu rəqəm 60-a düşür. Qadınlarda ürək xəstəlikləri daha sürətlə yayılır. Və onların bu xəstəliklərdən həyatlarını itirməsi kişilərlə müqayisədə 8 dəfə daha çoxdur. Bunun ən önəmli səbəbi isə bir çox qadınların risk faktorunda olduğunu bilməməsidir".
Həkimin sözlərinə görə, diabet təhlükəsi də kişilərlə müqayisədə 50 dəfə daha çoxdur: "Damar xəstəliklərinə qadınlar daha gec rastlanır. Qadınların qanlarında təxminən dörddə bir hissə daha az hemoqlobin olur. Hemoqlobin qandakı oksigeni daşıyır. Qadınlarda oksigen daşınması kişilərlə müqayisədə daha aşağıdır. Bundan başqa, qadınların damarları kişilərlə müqayisədə daha incə və həssasdır. Düzgün olmayan yaşam tərzi, siqaret, stress, depressiya da qadınlarda ürək xəstəlikləri riskini artırır. Xəstəliyə baxım tərzi də qadın və kişilər arasında fərqdir. Sinə ağrısı, döyüntü, stress, emosional hallarda daha onlar daha tez yorulur, bunu keçici bir rahatsızlıq kimi görürlər. Lakin kişilər isə daha diqqətli yanaşır, dərhal həkimə gedirlər". /medicina.az