Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 10:54
"COVID-pasport" sahibi tərəfindən koronavirusa qarşı vaksinasiya prosedurunun keçməsini təsdiq edən sənəddir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Avropa məmurları pandemiyadan öncəki dövr üçün xas olmayan bu yeni sənəd növünün tətbiqi məsələsini müzakirə ediblər.
Yığıncaq iştirakçıları qərara gəliblər ki, bu məsələnin hələ turizm mövsümünün başlanmasından əvvəl həll edilməsi ideal variant olardı, eyni zamanda, onlar buna bütün Avropa İttifaqında vaksinasiyanın qənaətbəxş səviyyəsinin təkan verməsinin lazım olduğunu etiraf ediblər. Bununla yanaşı, bəzi siyasətçilər vaxtı olmayan və ya peyvənd oluna bilməyən insanların ayrı-seçkiliyə məruz qalmamasının son dərəcə vacib olduğu fikrini dilə gətiriblər.
"COVID-pasport" ÜDM-nin böyük hissəsinin turizm sektoru sayəsində formalaşdığı ölkələr üçün xüsusilə vacibdir. Onun tətbiqinin turizm sektorunu xilas edib-etməyəcəyini cari mövsüm göstərəcək.