Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Albalılıqda içməli suya həsrət qalanlar var - VİDEO

Albalılıqda içməli suya həsrət qalanlar var - VİDEO

Tarix: 11 Mart 2021 13:20

Albalılıqda içməli suya həsrət qalanlar var

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ərazidə içməli su xətti yoxdur.  Sakinlər ya məcbur qalıb su daşıyan maşınlardan içməli su alırlar, ya da ki, bir kilometr məsafə qət edib bulaqdan  evlərinə su daşıyırlar.  Xəzər rayonu Albalılıq yaşayış massivindəki  su ilə bağlı şərait dövrümüzlə ayaqlaşmır.  Soyuq hava üstəlik pandemiya şəraiti. Sakinlərin  əziyyətli halını  təsəvvür etmək çətin deyil.  Onlar  əraziyə  tezliklə içməli su xəttinin çəkilməsini istəyirlər.

10 mindən çox sakini olan yaşayış massivində vətəndaşlar içməli su tapmaqda çətinlik çəkirlər.

Paytaxtın Xəzər rayonu, Albalılıq massivi, Adil Musayev və Nəriman Əliyev küçələrində yaşayan sakinlər içməli su üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, yaxınlıqdan su borusu keçməsinə baxmayaraq bu əraziyə su xətti çəkilmir. Ancaq bəzi sakinlər var ki, onlar yaxınlıqdakı su xəttindən birbaşa evlərinə su çəkə biliblər. Hətta sayğac da qoyulub.

Porblemlə bağlı ''Azərsu'' Açıq Səhmidar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı ''xəzər xəbər''ə bildirdi ki, həmin ərazidə mərkəzləşdirilmiş qaydada içməli su infrastrukturu qurulmadığından sakinlər içməli su problemi yaşayırlar. Bu problemin qarşısını almaq üçün qurum tərəfindən hazırlanan Baş plana görə, Bakətrafı ərazilərin bir hissəsində bu işlər icra olunub. Albalılıq yaşayış massivində də mərkəzləşdirilmiş su şəbəkəsi çəkilməsi mərhələli qaydada həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Albalılıqda içməli suya həsrət qalanlar VİDEO


RƏYLƏR