Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmənin pillə-pillə qalxdığı vandallıq - VİDEO

Düşmənin pillə-pillə qalxdığı vandallıq - VİDEO

Tarix: 12 Mart 2021 13:40

Ermənilər azərbaycanlıların qəbir daşlarından evlərinə pilləkən düzəldib

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, kadrda Kəlbəcəri tərk edən ermənilərin daşına biləcək hər şeyi, hətta yaxınlarının qəbir daşlarını da aparması əks olunub.

Bu əməllərilə də onlar öz mədəni abidələrinə "sahib" çıxdıqlarını dünyaya nümayiş etdirirlər.

Müxtəsər, gəlin düşmənin əslində kim olduğunu göstərən digər kadra diqqət yetirək.

Məkan işğaldan azad edilən Laçın rayonunun Piçənis kəndidir.

İşğal ərəfəsində azərbaycanlılara məxsus olan bu evdə yaşayan ermənilər buranın təməlini çirkin niyyət üzərində qoyub.

Özü də pillə-pillə qalxdığı vandallıqla.

Bu günə qədər düşmən əl əməyinin nəticəsi kimi dini abidələrin dağıdılması, təhqir olunması, ekoloji terror faktları dəfələrlə göstərilib.

Bu kadr isə onların çirkin xislətinin ən pik nöqtəsinin sübutudur.

Düşmən 29 il ərzində yaşadığı bu evdə azərbaycanlılara məxsus qəbir daşlarından pilləkən kimi istifadə edib.

Bizə məxsusluğu isə daşın üzərində yazılan şəxsin kimliyindən bəllidir.

Bununla da düşmən vəhşilik üzərində formalaşdırdığı ədavətini yalnız canlı yox eyni zamanda cansız bədənlər üzərində də apardığını demiş olur.


Etiketlər:  Düşmənin pillə pillə qalxdığı vandallıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ