Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 21:02
Türkiyənin Ordu şəhərinin Ünye rayon sakini Yakup Balcı 2 ay ara ilə 3-cü dəfə koronavirusa yoluxub.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hər dəfə virusa qalib gələn Balcının sağlamlıq durumu ağıllarda sual işarəsi yaradıb.
Həkimlər isə Yakup Balcının immunitet sisteminin kifayət qədər antikor istehsal etmədiyini söyləyirlər.
O, ilk dəfə 2020-ci ilin 18 avqust tarixində koronavirusa yoluxub. Evdə müalicə alandan sonra testin cavabı neqativ çıxıb. Ehtiyat məqsədi ilə 3 gün xəstəxanada yatızdırılıb. Ancaq xəstəxanadan çıxdıqdan 2 ay sonra xəstəlik yenidən qapısını döyüb. Bu dəfə də virusa qalib gəlib.
Koronavirus 61 yaşlı Yakup Balcının yaxasından əl çəkməyib. O, fevralın 28-də üçüncü dəfə koronavirusa yoluxub. Hazırda müalicələr davam etdirilir. (publika.az)