Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azeri Light'' markalı neftin qiyməti artıb

''Azeri Light'' markalı neftin qiyməti artıb

Tarix: 13 Mart 2021 14:16

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 69,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.


Etiketlər:  Azeri Light markalı neftin qiyməti artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ