Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrlandiyada “AstraZeneca” vaksinindən istifadəni dayandırır

İrlandiyada “AstraZeneca” vaksinindən istifadəni dayandırır

Tarix: 14 Mart 2021 17:46

İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası "AstraZeneca" vaksinindən istifadəni dayandırmağa çağırıb. 

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İrlandiya Səhiyyə Nazirliyinin "Twitter"  səhifəsində paylaşım edilib. 

Buna səbəb peyvənd vurulan şəxslərdən 4-nün qanında ciddi laxtalanmanın qeydə alınmasıdır. 

Qeyd edək ki, İrlandiya İmmunlaşdırma üzrə Milli Məsləhət Şurası Səhiyyə Nazirliyinə tövsiyələr hazırlayan müstəqil ekspert qrupudur. 

Xatırladaq ki, Avstriya, Danimarka, Norveç, İslandiya, Estoniya, Litva, Lüksemburq, Cənubi Kipr, Latviya, İtaliya və Tailand Krallığı COVID-19-a qarşı "AstraZeneca" vaksinindən istifadəni müvəqqəti dayandırıb. Səbəb kimi vaksinin az effektli olması və peyvənd vurulan bəzi şəxslərdə qan laxtalanmasının əmələ gəlməsi göstərilir. Qeyd olunan ölkələr peyvəndin hər hansı problem yaradıb-yaratmadığı aydınlaşana kimi peyvənddən istifadəni müvəqqəti dayandırmağa qərar verib.


Etiketlər:  İrlandiyada AstraZeneca vaksinindən istifadəni dayandırır


RƏYLƏR