Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

D vitaminini K2 vitamini olmadan qəbul etməyin - Böyrəkdə daş TƏHLÜKƏSİ

D vitaminini K2 vitamini olmadan qəbul etməyin - Böyrəkdə daş TƏHLÜKƏSİ

Tarix: 14 Mart 2021 21:18

D vitamini kalsiumun mənimsənilməsi, onun qana sovrulması üçün vacibdir. D vitamini az olan insanda sümüklər, dişlər zəifləyir.

D vitamini əskikliyi özü problemlər yaradır.

Son zamanlar insanlar kütləvi olaraq D vitamininə sanki hücum çəkib. Amma onu unuduruq ki, D vitamini kalsiumu çəkib qana atsa da, onu lazımi orqanlara, sümük və dişlərə çatdırmaq üçün K2 lazımdır. K2 olmadıqda qana atılan kalsium böyrəklərə çökərək orda daş yarada bilər.

Sonxeber.net K2 vitaminin faydalarını təqdim edir.

- Kalsiumun damarları kirəcləşdirməsinin qarşısını alır
- İnfarkt, insult riskini azaldır
- Təzyiqin yüksəlməsinə qarşıdır
- Qanda şəkər səviyyəsini tənzimləyir

- Uzun müddət yüksək dozada D vitamini qəbulu zamanı böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

Ona görə də kəskin D vitamini əskikliyi olan yüksək dozada vitamini qəbul edən insanlar yanaşı olaraq K2 qəbul etməlidir və ya tərkibində bu vitamin də olan qarışıq D vitamini alıb içsinlər. /medicina.az


Etiketlər:  vitaminini vitamini olmadan qəbul etməyin Böyrəkdə daş TƏHLÜKƏSİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ