Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il karantin rejiminin tələblərinin pozulmasına görə 42 nəfər həbs edilib

Ötən il karantin rejiminin tələblərinin pozulmasına görə  42 nəfər həbs edilib

Tarix: 15 Mart 2021 16:50

2020-ci ildə xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə daxili işlər orqanları tərəfindən 367,6 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, onlardan 366,5 min nəfəri cərimələnib, 1,1 min nəfəri isə həbs edilib.

İctimai iaşə obyektləri üçün müəyyən olunmuş iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib. Tətbiq olunmuş 44,6 mln. manat cərimənin 36%-nin ödənilməsi təmin edilib.

Karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanılaraq 42 nəfər barəsində həbs, 4 nəfər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Etiketlər:  Ötən karantin rejiminin tələblərinin pozulmasına görə nəfər həbs edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ