Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2000 illik sirri AŞKAR EDİLDİ: Cənnəti görmək üçün istifadə edilirmiş - FOTO

2000 illik sirri AŞKAR EDİLDİ: Cənnəti görmək üçün istifadə edilirmiş - FOTO

Tarix: 15 Mart 2021 18:24

Alimlər Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturnun hərəkətlərini göstərən 2000 illik Antikithera mexanizminin (analoq komputer) sirrini tapdıqlarını açıqlayıblar.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Antikithera mexanizmi dünyanın "ilk kompüteri" olaraq xarakterizə olunur.

Bir əsrdən çoxdur ki, tapıldığı andan etibarən elm adamları, antik dünyadan qalmış fövqəladə və heyrətamiz bir astronomik kalkulyator olan Antikythera mexanizmi üzərində düşünürdülər.

2000 illik əllə işləyən cihaz, bilinən beş planetin, Ayın fazalarının və Günəşin və Ayın tutulmalarını proqnozlaşdıraraq kainatın hərəkətini nümayiş etdirib.

Bununla birlikdə, bu dövrdə yaşayan insanların metalı necə emal etdikləri və cihazı hansı məqsədlə istifadə etdikləri həmişə təəccüb yaradıb.

İngiltərədəki London Universitetinin (UCL) Universitetindən olan tədqiqatçılar bildirirlər ki, Antikitera mexanizminin sirrini həll etmək üçün cihazın bir kopyasını hazırlamağa başlayıblar və sirrini qismən tapa biliblər.

"Scientific Reports" elmi jurnalında yayımlanan tədqiqatın aparıcı müəllifi Adam Wojcik, "İnanırıq ki, hazırladığımız yeni nüsxə mexanizmlə bağlı indiyə qədər toplananların hamısına uyğundur. Digər tədqiqatçılar da keçmişdə bəzi addımlar atdılar. Lakin mexanizmin üçdə ikisi əskikdir və bunun necə işlədiyini dəqiq bilmək çətinləşib "deyə açıqlama vermişdi.

Dünyanın ilk analoq kompüteri olaraq xarakterizə edilən bu mexanizm 1900-1901-ci illər arasında Yunanıstanın Antikithera adası yaxınlığında bir gəmi qəzasında tapılmışdır.

Məlumata əsasən gəminin eramızdan əvvəl I əsrdə Kiçik Asiyadan Romaya gedən yolda Girit və Peloponnes arasındakı fırtınada batdığı düşünülür.

Tapıntı 340 mm × 180 mm × 90 mm taxta qutuda yerləşirdi. Bu qurğu bir-birinin üstünə geydirilmiş ən azı 30-a yaxın tunc dişli çarxdan yaradılmış mürəkkəb saat mexanizmidir. Onun qalıqları 82 ayrı-ayrı fraqmentlər şəklində tapılıb, onlardan yalnız yeddi hər hansının dişli çarxları və əhəmiyyətli yazıları olduğu müəyyən edilib. Ən böyük dişli çarxın diametri təxminən 140 mm-dir və ilkin olaraq 223 dişi var idi. Bəzi mənbələrdə bildirilir ki, cənnətə getmək üçün analoq komputer bir vasitədir.

Tədqiqatçılar, araşdırmalar zamanı Antikythera cihazının cənnəti necə təmsil etdiyinə dair dəqiq məlumatlara yaxınlaşdıqlarını bildirsələr də belə bir cihazı hazırlamaq üçün heç bir aləti olmayan qədim yunanların bu cür komponentləri necə istehsal etdiklərində hələ də baş sındırırlar.

Milli.Az


Etiketlər:  2000 illik sirri AŞKAR EDİLDİ Cənnəti görmək üçün istifadə edilirmiş FOTO


RƏYLƏR