Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Prezidentin Qarabağa növbəti səfəri beynəlxalq arenaya bir mesaj idi'' - Politoloq

''Prezidentin Qarabağa növbəti səfəri beynəlxalq arenaya bir mesaj idi'' - Politoloq

Tarix: 16 Mart 2021 16:36

"Müharibədən dörd ay keçməsinə baxmayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başlamışdır".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, erməni təəssübkeşliyi çəkənlər üçün işğaldan azad edilən ərazilərdə infrastrukturu yerlə bir edilən görüntülərdən aydın mənzərə olmaz:

"Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfəri görülən işlərin davam etdirilməsi, icra ediləcək layihələrin qısa bir zamanda reallaşacağı haqqında məlumat, eyni zamanda beynəlxalq arenaya da bir mesaj xarakterli səfər kimi dəyərləndirilə bilər. 

Səfər çərçivəsində bir daha sübut olundu ki, mənfur düşmən bütün infrastrukturu yerlə bir edib. Düşünürəm ki, hələ də erməni təəssübkeşliyi çəkən, dini amil pərdəsi arxasında gizlənən dairələr üçün bundan aydın mənzərə olmaz. Axı iddia etdikləri kənd, məktəb, kilsə onların olsa idi bu qədər cəlladlıq törədə bilməzdilər. Ermənistan isə bütün məbədləri, Alban məbədini də təhqir ediblər. 

Müharibənin ilk günündə - sentyabrın 27-də azad edilən Qaraxanbəyli kəndindən başlayan şərəfli missiya zəfərlə tamamlandı. İndiki mərhələdə isə qarşıda duran əsas vəzfiə quruculuq işləridir. Bir neçə layihə icra olunur. Bunlardan biri də Füzuli-Hadrut avtomobil yolunun inşasıdır ki, bu da azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyətə malikdir. Hazırda Füzulidən Şuşaya yol çəkilir. Bununla yanaşı, Bərdə-Ağdam yolunun çəkilişi də yaxın gələcəkdə icra ediləcəkdir. Bundan əlavə, Horadizdən Zəngilana qədər yol çəkiləcək. Səfər çərçivəsində eyni zamanda Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Bütün bunlar isə o deməkdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad edilmiş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündə olan yegane maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz". 

Ş.Həsənova deyib ki, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq bir əməliyyatdır:

"Cənab Prezident müharibə günlərinə geri dönərək bir daha erməni yalanını ifşa edərək bildirdi ki, Ermənistan rəhbərliyi öz xalqını aldadaraq bildirirdi ki, Hadrut onlardadır. Bununla yanaşı, Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər də bu yalanı müdafiə edirdilər. Cənab Prezidentin də bildirdiyi kimi Hadrutun azad edilməsi olduqca əhəmiyyət kəsb edən məsələ idi. Belə ki, bundan sonra Azərbaycan ordusu Şuşaya istiqamət götürdü və Şuşa əməliyyatını uğurla icra etdi. Bu səbəbdən də Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq bir əməliyyatdır.

Ölkə başçımızın Azıx mağarasına səfəri, oradan verdiyi mesajlar da olduqca mühüm əhəmiyyət kəsb edir. Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir. Ermənistan isə bu mağarada qanunsuz işlərlə məşğul olmuşdur. Cənab Prezident buradan da bir daha mesaj verdi ki, mağaraya, bizim tarixi irsimizə vurduqları böyük ziyanın hamısını ödəyəcəklər". 

Təhməz Əsədov


Etiketlər:  Prezidentin Qarabağa növbəti səfəri beynəlxalq arenaya mesaj Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ