Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun yoxluğu "Real"ı 304 milyon avro ziyana salıb

Ronaldonun yoxluğu

Tarix: 16 Mart 2021 16:44

Kriştiano Ronaldonun "Yuventus"a keçməsi "Real"da böyük itkilərə səbəb olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb. Bildirilib ki, Madrid klubu 2018-ci ilin iyul ayında Ronaldunu İtaliya təmsilçisinə satanda 30 yaşının ortalarına yaxınlaşan bir futbolçudan  100 milyon avro qazanmağı böyük iş hesab edirdi. Ancaq zaman keçdikcə portuqaliyalı hücumçunun yaratdığı boşluq "Real"da böyük xərclərə səbəb olub.

"Kral klubu" Ronaldosuz dövrdə hücum xəttinə 304 milyon avro xərcləyib: Eden Hazarda 115 milyon, Vinisiusa 45 milyon, Rodriqoya 45 milyon, Mariano Diasa 22 milyon, Yoviçə 60 milyon və Brahim Diasa 17 milyon.

Futbolçuların transferindən sonra başqa bir məyusluq da onların performansındadır. Son çempionun yeni ulduzları ümumilikdə cəmi 35 qol vurub: Vinisius 13, Rodriqo 8, Mariano Diaa 6, Hazard 4, Yoviç 2 və Brahim Dias 2 qol.

Bu vaxt ərzində Ronaldo isə "Yuventus"da 122 oyunda 95 qol vurub.

Milli.Az


Etiketlər:  Ronaldonun yoxluğu Realı 304 milyon avro ziyana salıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ