Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatih Terim ''Qalatasaray''ın prezidenti olacaq?

Fatih Terim ''Qalatasaray''ın prezidenti olacaq?

Tarix: 16 Mart 2021 18:04

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim haqda  yeni iddia yayılıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Haber Global"da yayımlanan "Kontra" proqramında Serdar Ali Çelikler türk mütəxəssisin klubun prezidenti ola biləcəyini söyləyib:

"Mustafa Cengiz yenidən prezident seçilsə, Fatih Terim davam edə bilməz. "Qalatasaray"da bir qrup şəxs  təxminən 4 ay əvvəl Terimə müraciət edərək ondan prezident olmasını istəyib. Bu, Qalatasaray camiəsində onsuz da bilinir. Mən bu cür ziyarətlərinin yenidən başladığını eşitmişəm.

Fatih Terim namizəd olsa, bir çox şəxs mübarizəyə qoşulmayacaq. Ahmet Ocaklıdan başqası prezident olsa belə, Fatih Terimlə işləməyə davam etməyəcəklər".

Qeyd edək ki, "Qalatasaray"da prezident seçkiləri mayda keçiriləcək.


Etiketlər:  Fatih Terim Qalatasarayın prezidenti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ