Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 22:12
Pul qazanmağın yollarını axtarmağa davam edən Feysbuk şirkəti tərəfindən platformadakı elanlarla bağlı işə başlanılıb.
TED.az xəbər verir ki, şirkətin yeni pul qazanma yollarından biri hekayələrlə bağlıdır. Şirkət post sahiblərinə hekayələrinə reklam əlavə etməyə imkan verəcək. Bu şəkildə gəlir qazanan şəxs qazancının bir hissəsini Feysbuka ödəyəcək.
Yeni xüsusiyyət test mərhələsində olduğu müddətdə yalnız məhdud sayda insan üçün əlçatan olacaq. Amma vaxt keçdikcə, funksiyadan daha çox istifadəçi faydalanacaq.
Feysbukun gəlirlərini artırmaq üçün digər üsulu video ortasındakı reklamlardır. Əslində şirkət artıq bu metoddan istifadə edirdi, ancaq reklamlar yalnız üç-dörd dəqiqəlik videolarla məhdudlaşırdı. İndi isə bu müddət bir dəqiqəyə endirilib. Üç dəqiqədən uzun videolar üçün isə bu reklam müddəti qırx beş saniyəyə çatır.