Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 17:30
Bakı. Tamilla Məmmədova - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti "SOCAR Georgia Gas" 94 qaz kəməri sahəsi alıb.
Bunu Trend-ə "SOCAR Georgia Gas"dan bildiriblər. Məlumatına görə, qaz kəmərləri sahəsi Gürcüstan hökumətinin qərarı ilə 8,3 milyon dollara satılıb.
Qeyd edək ki, Gürcüstanda qaz kəmərləri bütün ölkə ərazisini əhatə edir və əsas hissəsi Zestafon, Kasp və Lançxut rayonlarında yerləşir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin