Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 14:42
Şəmkir rayonunda əkin sahələrində aparılacaq suvarma işləri ilə bağlı su itkisinin olmaması üçün Pambıqlı su kanalına beton üzüklər çəkilir. Rayonda Alabaşlı-1 və Alabaşlı-2 nasos stansiyasıyalarının isə təmiri başa çatdırılaraq istifadəyə verilib.
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında olan 925 km kanallar və təsərrüfat daxili arxlar da mütamadi olaraq texnikalar vasitəsi ilə təmizlənir.
Ümumilikdə 750 kilometr kanal lildən və kol-kosdan təmizlənib.
Suvarmada su itkisinin qarşısının alınması üçün Pambıqlı kanalına 3 kilometr uzunluğunda beton üzlük çəkilib və hazırda da betonlama işləri davam etdirilir.
Qeyd edək ki, Pambıqlı kanalı Şəmkir rayonunun Əliyaqublu və Çaparlı kəndlərinin 360 hektar əkin sahələrinin suvarılmasını itkisiz təmin edəcək. Rayonun fermer təsərrüfatları da suya olan tələbatlarını kanallardan və nasos stansiyalarının ötürdüyü sulardan ödəyir.
Suvarma kanallarına beton üzlüklərin çəkilməsi ilə yanaşı kanalların lildən təmizlənməsi işləri də mütəmadi olaraq aparılır.
Qeyd edək ki, idarənin balansında 35 km kollektor drenaj şəbəkəsi də mövcuddur ki, ötən il tam olaraq lildən və kol-kosdan təmizlənib. Bu kollektor drenaj şəbəkəsi 1500 hektar ərazinin suvarılmasına xidmət edir. Ümumilkidə isə rayon ərazisində olan 40 min 500 hektar ərazinin 26 min 800 hektarı Şəmkir Suvarma İdarəsi tərəfindən suvarılır. Suvarma mənbəyi isə Şəmkirçay Su Anbarı, Zəyəm çay, Maşın kanal və 17 ədəd nasos stansiyalarının vasitəsi ilə reallaşdırılır