Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei təcili yenilənmə yayımladı - Boşluqların izahı

Huawei təcili yenilənmə yayımladı - Boşluqların izahı

Tarix: 18 Mart 2021 20:56

Huawei EMUI və Magic UI istifadəçi interfeysləri üçün Mart 2021 təhlükəsizlik yeniləməsini yayımlayıb. Bununla 2 kritik, 13 yüksək və 132 orta  olmaqla ümumilikdə 147 təhlükəsizlik xətası aradan qaldırılıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Huawei, düzəldilmiş səhvləri ətraflı izah edib. Həmçinin kənar şəxslərin cihazı idarə edə biləcəyi barədə xəbərdarlıq yayıb. Bildirilib ki, telefonu ən son proqram versiyasına yeniləmək üçün "Parametrlər> Sistem> Proqram" ardıcıllığı ilə keçid etmək lazımdır. Buradakı "yenilənmələri yoxlayın" düyməsini vurduqda telefon avtomatik  yeniləmə prosesinə başlayacaq.

Şirkət yenilənmə ilə aradan qaldırılan kritik səhvləri aşağıdakı kimi sadalayıb:

-CVE-2021-22322: Təsirinə əsasən bu versiyalar məruz qalıb: EMUI 11.0.1, EMUI 11.0.0, EMUI 10.1.1, EMUI 10.1.0, EMUI 10.0.0, Magic UI 4.0.0, Magic UI 3.1.1, Magic UI 3.1.0, Magic UI 3.0 .0. Bu boşluq məlumatların məxfiliyinə zərər verir.

-CVE-2021-22317: Təsirinə əsasən bu versiyalar məruz qalıb: EMUI 11.0.1, EMUI 10.1.1, EMUI 10.1.0, EMUI 10.0.0, EMUI 9.1.1, EMUI 9.1.0, Magic UI 3.1.1, Magic UI 3.1.0, Magic UI 3.0. 0 , Magic UI 2.1.1

-CVE-2021-22316: Təsirinə əsasən bu versiyalar məruz qalıb: EMUI 10.1.0, EMUI 10.0.0, EMUI 9.1.1, EMUI 9.1.0, Magic UI 3.1.0, Magic UI 3.0.0, Magic UI 2.1.1. Bu boşluq cihazın məlumat təhlükəsizliyi ilə yanaşı, funksional istifadəsini də poza bilər.


Etiketlər:  Huawei təcili yenilənmə yayımladı Boşluqların izahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ