Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 21:40
Şanxaydan olan alimlər komandası tərəfindən hazırlanmış parçadan displey kimi istifadə etmək olar. Bu, Fudan Universitetinin mütəxəssislərinin araşdırmaları nəticəsində mümkün olub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, layihənin rəhbəri Pen Hueyşenin sözlərinə görə, müvafiq material öz funksionallığına görə kompüter və ya smartfonu xatırladır. Onu rabitə texnologiyalarında istifadə etmək mümkündür.
Alimlər laboratoriya şəraitində uzunluğu 6 metr və eni 25 sm olan parça displey hazırlamağa nail olublar. Layihə rəhbəri deyib ki, parça displeyi qatladıqda və ya uzatdıqda onun parlaqlığı sabit qalır.