Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Skype” proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib

“Skype” proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib

Tarix: 18 Mart 2021 21:48

"Microsoft" korporasiyası "Skype" proqramına çoxdan gözlənilən funksiyanı əlavə edib. İndi proqramda səsli və videozəng zamanı fondakı kənar səsləri aradan qaldırmaq mümkün olacaq.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, sözügedən funksiya "Windows" əməliyyat sistemində işləyən "Skype Preview 8.70.76.48" versiyasında sınaqdan keçirilir. Şirkət, həmçinin proqrama bəzi digər funksiyalar da əlavə edib.

Məsələn, "Skype"da veb-girişlərin idarə edilməsi (WAM) dəstəyi, videozəng iştirakçılarına baxış düyməsi əlçatan olacaq.

Həmçinin korporasiya "Skype"ın veb-versiyasına fonun bulanıq edilməsi, telefon nömrəsi üzrə əlaqələrin axtarışı funksiyalarını əlavə etməyi planlaşdırır.


Etiketlər:  Skype proqramına zəng zamanı fondakı kənar səslərin aradan qaldırılması funksiyası əlavə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ