Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laboratoriya sızması artıq koronavirusun yayılmasının versiyası olaraq qəbul edilməyəcək

Laboratoriya sızması artıq koronavirusun yayılmasının versiyası olaraq qəbul edilməyəcək

Tarix: 19 Mart 2021 20:20

Laboratoriya sızması artıq koronavirusun yayılmasının versiyası olaraq qəbul edilməyəcək. Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Global Times qəzetinə müsahibəsində ÜST-nin Uxanda virusun mənşəyinin öyrənilməsi üzrə missiyasında iştirak etmiş Çin ekspertlər qrupunun rəhbəri Lyan Vannyan bildirib.

Mütəxəssis əlavə edib ki, əzəldən bu versiyanın ehtimalı çox az idi və ÜST ekspertləri yalnız yeni sübutlar ortaya çıxdığı təqdirdə ona qayıda bilərlər.

"Bu birgə tədqiqat zamanı bizim ekspertlər Hubey əyaləti və Uxan şəhərinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərini, Uxan Virusologiya İnstitutunu və digər biotəhlükəsizlik institutlarını və laboratoriyalarını ziyarət ediblər. Müvafiq ərazilərdə çöl araşdırmalarını apardıqdan sonra ekspert qrupunun üzvləri yekdilliklə razılığa gəliblər ki, laboratoriyadan virusun sızması ehtimalı çox azdır. Beləliklə, yeni sübutlar aşkar edilməyənə qədər gələcəkdə koronavirusun mənşəyini izləmək üçün missiyalar artıq bu sahəyə diqqət yetirməyəcəklər", - deyə Lyan Vannyan müsahibədə qeyd edib.

Lyan Vannyan, ÜST missiyasının işinin nəticələri ilə rəsmi hesabatın daha sonra dərc ediləcəyini, onun tərəfindən açıqlanan məlumatların isə Çin və xarici alimlər arasında konsensusa nail olmaq yolu ilə əldə ediləcəyini izah edib.

O, həmçinin xatırladıb ki, ekspertlər daha dörd bənd üzrə razılığa gəliblər: COVİD-19 xəstəliyinin ən erkən hadisəsi dekabrın 8-də qeydə alınıb, Uxanda "Huanan" dəniz məhsulları bazarı xəstəliyin baş verməsində mühüm rol oynayıb, dondurulmuş məhsulların tədarükü koronavirusun yayılmasına təsir göstərə bilərdi, virus heyvan mənşəlidir və çox güman ki, insana aralıq bənd vasitəsilə ötürülüb.

Daha əvvəl bildirilirdi ki, beynəlxalq missiyanın üzvləri koronavirus infeksiyasının insana heyvandan, aralıq bənd vasitəsilə, dondurulmuş məhsullardan, həmçinin laboratoriyada baş verən insidentə görə ötürülməsinin dörd versiyasını işləyib hazırlamışlar.


Etiketlər:  Laboratoriya sızması artıq koronavirusun yayılmasının versiyası olaraq qəbul edilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ