Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 09:52
Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.
Sonxeber.net-ın qafqazinfo-ya istinadən məlumatına görə, şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 04 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.
Orada Yevlax rayon sakinləri - 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.
S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.
Müraciətlə bağlı araşdırma aparılır.