Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nişan keçirmək istədilər, cərimələndilər - FOTO

Nişan keçirmək istədilər, cərimələndilər - FOTO

Tarix: 20 Mart 2021 10:32

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində gizli şəkildə nişan mərasiminin keçirildiyini aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Məclis iştirakçılarından 6 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.

Milli.Az


Etiketlər:  Nişan keçirmək istədilər cərimələndilər FOTO


RƏYLƏR