Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kardaşev şkalası – I, II, III, IV & V tip svilizasiyalar

Kardaşev şkalası – I, II, III, IV & V tip svilizasiyalar

Tarix: 20 Mart 2021 19:52

Biz cəmiyyətdə bir dönüş nöqtəsi çatmışıq. Tanınmış nəzəri fizik Miçio Kakuya görə elm sonrakı 100 ildə bizim məhv olub-olmayacağımızı və ya inkişaf edib-etməyəcəyimizi müəyyən edəcək. Biz 0-ci mədəniyyətdə qalacaq, yoxsa inkişaf edəcək və ulduzların arasında öz yolumuzu açacağıq? Mütəxəssislər iddia edir ki, mədəniyyətin böyüyüb və daha inkişaf etdiyi kimi enerji tələbləri də əhali artımı və müxtəlif cihazların enerji tələblərinə görə sürətlə artacaq. Bunu nəzərə alaraq, Kardaşev artan enerji təlabatını əsas alaraq ölçü şkalası yaratmış və sivilizasiyanının texnoloji inkişafını ölçümüşdü.

Kardaşev şkalası ilə tanış olun

Sonxeber.net yasilelm.com-a istinadən bildirir ki, şkala 1964-cü ildə kosmik siqnallarda yadplanetli həyat işarələri axtaran rus astrofizik Nikolay Semyonoviç Kardaşev tərəfindən tərtib edilib. Şkala eneri istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür: I tip (10¹⁶W), II  tip (10²⁶W) və III tip (10³⁶W). Digər astronomlar şkalaya IV (10⁴⁶W) və V (bu növ sivilizasiyanın əlinin çatdığı enerji tək bizim kainatdakı bütün enerjiyə yox, bütün kainatlardakı və bütün zaman anlarındakı enerjiyə bərabər olar) tipləri də əlavə ediblər. Bu əlavələr enerji istifadəsi ilə bərabər mədəniyyətlərin bilik səviyyəsini də nəzərə alır. Birincisi, insan irqinin bu şkalada yer almadığını qeyd etmək vacibdir. Biz hələ Yer kürəsindəki ölü bitki və heyvanlar vasitəsi ilə enerji ehtiyaclarımızı təmin etdiyimizə görə 0-ci tipə daxilik (və bizim bir sonrakı tipdəki mədəniyyətə çatmağımız üçün uzun bir yol var). Kalku inanır ki, hər şeyi nəzərə aldıqda bizim 1-ci tip mədəniyyət səviyyəsinə çatmağımız üçün 100-200 il lazımdır. Yaxşı, bəs bu kateqoriyalardan hər birinin mənası nədir?

I tip svilzasiya

I tip mədəniyyətlər öz enerji ehtiyaclarını qarşılamaq üçün bütün enerjilərini qonşu ulduzlardan çəkib depolayacaqlar. Bu da bizim hal-hazırakı istifadə etdiyimiz enerjinin 100000 qatı deməkdir. Eyni zamanda bu kimi mədəniyyətlər təbii prosesləri də idarə edə biləcək. İnsan vulkanları, havanı hətta zəlzələni belə idarə edə biləcək.

II tip svilzasiya

Növbəti mərhələ II tip mədəniyyətdir. Bu mədəniyyət hər hansı bir ulduzun enerjisini istifadə edə bilər (ulduzu idarə edərək, işığını enerjiyə çevirərək deyil). Bunun üçün bir neçə üsul mövcuddur. Ən məşhuru nəzəri Dayson Kürəsidir. Bu cihaz ulduzu tamamilə əhatə edəcək və onun enerjisini sonrakı istifadə üçün planetə göndərəcək. Alternativ olaraq, əgər irq nüvə reaksiayalaı barədə professionaldırsa, onlar bu cihazı ehtiyaclarına uyğun olaraq nüvə reaktoru kimi də istifadə edə bilərlər. Yaxındakı qaz nəhənglərinin hidrogenləri bu məqsəd üçün istifadə edilə bilər. Bu qədər böyük miqdarda enerji bir növ üçün nə məna ifadə edir? Belə, elmə məlum heç bir şey bu tip mədəniyyəti məhv edə bilməz. Misal üçün əgər Ay ölçüsündəki kosmik bir cisim bizim mavi planetimizə doğru gəlsə və insanlıq II tip mədəniyyət səviyyəsində olsa, onların həmin kosmik cismi kosmosdaca buxarlandıra bilmək gücü olacaq. Və ya toqquşmadan tamamilə qaçmaq üçün öz planetimizi kosmik cismin yolundan çəkə bilərik. Gəlin hesab edək ki, biz öz planetimizi yerindən tərpətmək istəmədik, bəs başqa yol varmı? Belə, var: biz istəsək Yupiteri və ya başqa bir planeti həmin kosmik cismin tam yolunun üzərinə çəkə bilərik. Möhtəşəmdir, elə deyilmi?

III tip svilzasiya

Deməli, biz bir planeti idarə etməkdən bir ulduzu idarə etməyə keçirik və bu bizə yetərincə enerji əldə etməyimizə kömək edərək sivilizasiyamızın nəslinin kəsilməsinin tamamilə qarşısını alır. III tip sivilizasiyalara gələk. Bu tip sivilizasiyalar enerji ilə bağlı hər şeyin biliyinə sahib olan qalaktik səyyahlardır. İnsanlara gəldikdə isə, yüz minlərlə illərin həm mexaniki, həm də bioloji təkamülü bu  III tipsivilizasiyanın sakinlərinin bugünki insanlardan çox-çox fərqli olması ilə nəticələnə bilər. Bunlar sayborqlar (və ya saybernatik orqanizmlər - həm robotik, həm də bioloji canlılar) ola bilər. Onların əcdadları olan adi insanlar isə artıq bir alt təbəqə sayılar. Yüksək dərəcədə inkişaf etmiş cəmiyyət çox güman ki, adi insanları əlil, geridə qalmış, təkamül etməmiş kimi görər. Bu mərhələdə biz öz-özününə replikasiya edə bilən robot kaloniyalarına sahib ola bilərik. Robot populyasiyaları milyonlara çata və ulduzları bir-birinin ardınca kaloniyalaşdıraraq qalaktikalara yayıla bilər. Onlar hər bir ulduzun ətrafında Dayson Kürəsi inşa edərək böyük şəbəkə yaradıb əldə edilən bütün enerjini evləri olan planetə göndərə bilərlər. Amma belə ölçüdə qalaktikaya yayılmaq özüylə bərabər bir sıra problemlər yaradır. Başqa belə inkişaf etmiş növlər fizika qanunları ilə əhatələniblər. Xüsusilə, işıq sürətində səyahət başlıca problemdir. Onlar sadəcə Varp mühərrikləri inşa edərək və ya soxulcan dəlicləri vasitəsiylə trasportasiya edərək uzaq məsafələrə yayıla bilərlər.

IV tip svilzasiya

Kardaşev inanır ki, Tip IV sivilizasiya olduqca inkişaf etmiş olacaq, lakin Tip III svilizasiyaya görə çox da irəli gedə bilməyəcək. O düşünür ki, bu səviyyə hər hansı bir növün qabiliyyətlərinə görə olduqca yüksək bir səviyyədir. Yəni bunu heç bir növ bacara bilməz. Bu tip sivilizasiyalar bütün kainatın enerjisini istifadə edə bilər və sürətlə genişlənən kainatda asanlıqla səyahət edə bilərlər. Hətta onlar böyük kütləli qara dəliklərin daxilində də yaşaya bilərlər. Bu tip svilizasiyaların enerji istehsal etmə qabiliyyətləri ilə onlardan əvvəlki tiplərin qabiliyyətlərini müqayisə etmək imkansızdır. IV Tip svilizasiyalar bizə məlum olmayan qaynaqlardan enerji toplayacaq və ya bilmədiyimiz fizika qanunlarından istifadə edəcəklər.

V tip svilzasiya

V tip. Bəli, V tip növbəti yüksək inkişaf etmiş svilizasiyadır. Onlar kainatı öz evləri imiş kimi idarə edəcək məlumatlara sahib olacaqlar. Bir sözlə tanrı olacaqlar. Burada demək lazımdır ki, insanlığın bu mərhələyə çatması üçün uzun, çox uzun yol var. Amma bu, bu mərhələyə çata bilmərik demək deyil. Bunun üçün öz kiçik mavi evimizi qorumaq, müharibələrə son vermək və elmi inişaı dəstəkləməmiz lazımdır.


Etiketlər:  Kardaşev şkalası svilizasiyalar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ